BolgeXeber.Com » Bölgə » Ağcabədi təhsil şöbəsinin müdiri prezidentin sərəncamına qarşı çıxdı - İTTİHAM
Ağcabədi təhsil şöbəsinin müdiri prezidentin sərəncamına qarşı çıxdı - İTTİHAM
15-10-2016, 11:39
Oxunub: 4 019
Ağcabədi təhsil şöbəsinin müdiri prezidentin sərəncamına qarşı çıxdı
Ağcabədi rayon Təhsil şöbəsinə yeni təyin olunan müdir Solmaz Rəhimova tədbirlərin birində prezident İlham Əliyevin təhsillə bağlı verdiyi son qəraraları, yəni regional təhsil şöbələrinin yaradılmasını əsassız hesab edib. Bu barədə etibarlı mənbə məlumat verib. Məlumatda daha sonra vurğulanır ki, Solmaz Rəhimova təhsil şöbəsinə müdir təyin olunan gündən tədbirlər keçirir və müəllimlər qarşısında çıxışı zamanı böyük yanlışlığa yol verir. Digər bir məlumatda vurğulanır ki, rayonun müəllim kollektivi yeni təyin olunan S. Rəhimova ilə işləməkdən imtina etməyi düşünürlər.Belə ki, ölkə başçısının qərarına qarşı çıxan şöbə müdiri müəllimlərin şikayətlərini belə dinləmək fikrində deyil. Özünün dediyinə görə, şöbəyə elə bir yüksək çiyinli məmurun dəstəyi əsasında təyin edilib ki, artıq onu bir kimsə belə işdən azad edə bilməz. Əslində icra başçısının xeyir-duası kifayət edir ki, S. Rəhimova rayonda təhsil sahəsində söz sahibi olsun. Görünür, gələcəyimiz olan təhsilimiz artıq acınacaqlı gündədir. Hətda rayonda təhsil sahəsində müstəsna xidmətləri olan müəllimlər yazdıqlarımızı təsdiq edə bilər. Dosye.az olaraq məsələnin ciddiliyini nəzərə alıb bir daha bildirmək istəyirik ki, Ağcəbədi RTŞ-nin müdiri Solmaz Rəhimovanın çıxışı birbaşa prezident İlham Əliyevin qərarlarına qarşıdır. İnanırıq ki, Təhsil Naziri Mikayıl Cabbarov qeyd etdiyimiz məsələləri öz nəzarətinə götürəcək. Araşdırmalarımız davam edir... Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gundelik-baku.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər