BolgeXeber.Com » İdman » AFFA daha bir məşqçini cəzalandırdı

AFFA daha bir məşqçini cəzalandırdı

26-04-2024, 16:00
Oxunub: 1 216
“Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, buna mütəxəssisin II Liqada XXII turun “Kür-Araz”a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
İntizam Komitəsi Ruslan Hüseynovu 5 oyun cəzalandırıb. “Ağdaş” klubu isə 400 manat cərimə olunub.