BolgeXeber.Com » İdman » “Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək?

“Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək?

28-08-2024, 09:33
Oxunub: 2 688
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu bu gün pley-off mərhələsində cavab oyununa çıxacaq.

Bolgə.TV xəbər verir ki, komandamız Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edəcək. 
Bu komadalar arasında ilk matçda "Dinamo" 3:0 hesabı ilə qalib gəlib. 
"Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib.
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə etmək üçün isə bu gün "Dinamo"ya 4 top fərqi ilə qalib gəlməlidir.