BolgeXeber.Com » İdman » “Qarabağ” “Dinamo” ilə oyuna sükutla başlayacaq

“Qarabağ” “Dinamo” ilə oyuna sükutla başlayacaq

27-08-2024, 12:20
Oxunub: 2 504
Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar sükutla başlayacaq.

Bolgə.TV xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar matçlarda bir dəqiqəlik sükut olacaq.
Qeyd edək ki, bu həftə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Zirə” də avrokuboklarda cavab oyunlarına çıxacaqlar. Ağdam klubu avqustun 28-də Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edəcək.
İlk matçda zaqreblilər 3:0 hesablı qələbə qazanıblar.
Bir gün sonra isə “Zirə” meydana çıxacaq. “Qartallar” Kiprdə 0:6 hesabı ilə uduzduğu “Omoniya” ilə qarşılaşacaq.