Məşhur futbolçu "İnter" də- Rəsmi
7-06-2025, 15:38
Oxunub: 2 248
İtaliyanın "İnter" klubu "Marsel"in (Fransa) yarımmüdafiəçisi Luis Enrikeni heyətinə cəlb edib.
Bolgə.TV xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luis Enrike 2024/2025 mövsümündə "Marsel" forması ilə bütün turnirlərdə 35 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.