BolgeXeber.Com » İdman » UEFA Millətlər Liqasının qalibi müəyyənləşib

UEFA Millətlər Liqasının qalibi müəyyənləşib

9-06-2025, 10:25
Oxunub: 2 040
2024/25-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.
Bolgə.tv xəbər verir ki, İspaniya ilə final matçında Portuqaliya millisi iki dəfə hesabda geri düşsə də, bərabərliyə nail olub və sonra penaltilər seriyasında qalib gəlib.
Komandasını ikinci qolunu vuran Kristiano Ronaldo 88-ci dəqiqədə əvəzlənib. Alvaro Morata isə penaltilər seriyasında fərqlənməyərək komandasının məğlubiyyətinə səbəb olub.
Beləliklə, Portuqaliya komandası tarixində 2-ci dəfə UEFA Millətlər Liqasının qalibi olub.