BolgeXeber.Com » BÖLGƏ TV » Putinin keçmiş arvadının ərə getməsi ilə bağlı süjet efirdən yığışdırıldı – VİDEO

Putinin keçmiş arvadının ərə getməsi ilə bağlı süjet efirdən yığışdırıldı – VİDEO

27-01-2016, 18:51
Oxunub: 3 265 Putinin keçmiş arvadının ərə getməsi ilə bağlı süjet efirdən yığışdırıldı – VİDEOSüjeti Moskvada atışma haqqında məlumat ilə əvəz ediblər

Rusiyanın NTV telekanalı prezident Vladimir Putinin keçmiş arvadı Lyudmila Putinanın ikinci dəfə ərə getməsindən bəhs edən süjeti efirdən yığışdırıb. Amma “Günün yekunu” proqramında getmiş bu süjeti ancaq Rusiyanın şərq regionlarının tamaşaçıları görə biliblər.

Oxu.Az “Obşaya qazeta”ya istinadən xəbər verir ki, sabiq birinci xanımın ərə getməsinə dair süjeti Moskvada atışma haqqında məlumat ilə əvəz ediblər.

NTV jurnalistləri öz süjetlərində Lyudmila Putinanın ərə getdiyi barədə ilk məlumat yayan “Sobesednik” nəşrinin araşdırmasını təsvir ediblər.

Nəşrin məlumatına görə, Lyudmila Putina şəxsiyyətlərarası münasibətlər Mərkəzi adlı QHT-nin rəhbəri, 37 yaşlı Artur Oçeretnı ilə ailə qurub.

“Beləliklə, Lyudmila artıq Putina deyil! Baxmayaraq ki, onun Facebook səhifəsində əvvəlki soyadı qalır.

O, pişik şəkilləri paylaşır, sosial testlərdə iştirak edir, dostları ilə ünsiyyətə girir. Onların arasında ictimai nümayəndələr yoxdur, amma onun əri şəxsiyyətlərarası münasibətlər Mərkəzi adlı QHT-nin rəhbəri, 37 yaşlı Artur Oçeretnı var”, - NTV-nin reportajında deyilir.

Kremldə Lyudmila Putinanın ərə getmək xəbərini şərh etməkdən imtina ediblər.

“Lyudmila Alkesandrovna Vladimir Putinin sabiq arvadıdır. Onlar boşanıblar. Bu səbəbdən mənim ikincinin şəxsi həyatı barədə məlumatları şərh etmək ixtiyarım yoxdur”- Peskov bildirib.
Bolgexeber.com