BolgeXeber.Com » BÖLGƏ TV » “Pulu olmayanlar bu restoranda pulsuz yeyə bilər” -Kanadada insanlıq dərsi...VİDEO

“Pulu olmayanlar bu restoranda pulsuz yeyə bilər” -Kanadada insanlıq dərsi...VİDEO

18-01-2017, 17:06
Oxunub: 4 119 “Pulu olmayanlar bu restoranda pulsuz yeyə bilər” -Kanadada insanlıq dərsi...VİDEOKanadanın Monreal şəhərində kiçik bir restoranı olan müsəlman sahibkar obyektin qapısına ingilis və fransız dillərində belə bir elan vurmaqla sakinləri və digər sahibkarları təəccübləndirib: “Pulu olmayanlar burada pulsuz yeyə bilər”

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, Monrealın Ste-Catherine Street West və Mackay küçələrinin birləşdiyi guşədə yerləşən restoranı iranlı və iraqlı iki müsəlman işlədir.

“İnsanlar düşünə bilər ki, bu, müştəri cəlb etmək üçün hiylə, fənd, yaxud ələsalmadır. Ancaq belə deyil. Biz bunu edirik - çünki bacarırıq...” - deyə restoranın sahiblərindən biri Yahya Haşəmi bildirir.
“Pulu olmayanlar bu restoranda pulsuz yeyə bilər” -Kanadada insanlıq dərsi...VİDEO
Restoran müştərilərdən birinin “Facebook”dakı yazısından sonra daha da məşhurlaşıb. Bircə gündə bu xeyirxah aksiya barədəki yazını 5 min nəfər oxuyub. Nəticədə Haşəmi və şəriki Kanada ictimaiyyətinin, sonra da dünyanın diqqət mərkəzinə gəlib. Müsəlman sahibkar bu xeyirxah kampaniyanı artıq 5 aya yaxındır davam etdirdiklərini bildirib. O, buna rəğmən pulsuz yemək xidmətinin neçəyə başa gəldiyini hesablamadıqlarını vurğulayaraq deyib:”Buraya gəlib ‘pulum yoxdur’ deyən heç kəsə sual vermirik. Kim olursa –olsun, yeməyini yeyib gedir...”
Bəzi imkanlı müştərilərin də restorandakı bu xidmətə dəstək verdiyini söyləyən Haşəmi ac olanı imkan daxilində doyuzdurmağın İslam inancına görə vacib olduğunu vurğulayıb.

Doğrudan da öz malını xeyirxah məqsədlərə xərcləyən kəslər heç vaxt müflis olmayıb…

Təqdim etdiyimiz video-yazı Kanadanın “Qlobal national” telekanalının qeyri-adi müsəlman restoranı barədəki reportajıdır. Reportajda yeməkxananın pulsuz və pullu müştərilərinin belə bir aksiya keçirən müsəlmanlara minnətdarlıq dolu ürək sözləri səslənir.