BolgeXeber.Com » BÖLGƏ TV » Sərhəd Qoşunları silah tutmağı bacarmayan gənci belə dəyişdi – VİDEO

Sərhəd Qoşunları silah tutmağı bacarmayan gənci belə dəyişdi – VİDEO

18-01-2017, 15:35
Oxunub: 4 468 Sərhəd Qoşunları silah tutmağı bacarmayan gənci belə dəyişdi – VİDEOTəxminən bir il əvvəl sosial şəbəkələrdə yayılan hərbi geyimli bir əsgərin silahdan atəş açdığı video yenidən məşhurlaşıb

Bolgexeber.com AzeriDefence-ə istinadən xəbər verir ki, bu video sosial şəbəkələrdə geniş müzakirə olunduqdan sonra insanlar həmin gəncin fiziki qüsurlu olduğunu iddia edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

Həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.

Bolgexeber.com Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir. Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.