BolgeXeber.Com » BÖLGƏ TV » “20 ildir ki, yol bu gündədir, qazandığımı maşına xərcləyirəm” - VİDEO

“20 ildir ki, yol bu gündədir, qazandığımı maşına xərcləyirəm” - VİDEO

18-01-2017, 18:02
Oxunub: 3 284  “20 ildir ki, yol bu gündədir, qazandığımı maşına xərcləyirəm” - VİDEOİsmayıllının Aşağıbaş kəndinin yollarının təmir-bərpaya ehtiyacı var

Bolgexeber.com ARB TV-yə istinadən xəbər verir ki, uzun illərdir bərbad olan yolda qış aylarında gediş-gəliş daha da çətinləşir. Yağışlı havalarda yolda iri gölməçələr yaranır. Hərəkət çətinləşir, piyadalar çətinlik çəkir.

Şahnaz Əzizova (məktəbli): "Məktəbə gedəndə üstümüz palçıq olur, bulaşır".

Turab Əmrahov (sakin): "20 ildir ki, bu küçələr belədir".

Şahid Mənsimov (sakin): "Yollar pis gündədir. Taksi işləyirəm. Qazandığımı da maşına xərcləyirəm".

Problemlə bağlı kənd sakinləri bir neçə dəfə lazımı qurumlara müraciət edib. Ancaq problem həllini tapmayıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, il ərzində bu problem həll olunacaq.