BolgeXeber.Com » Dünya » Putin Moskvaya əlavə qoşun yeritdi

Putin Moskvaya əlavə qoşun yeritdi

8-12-2011, 10:45
Oxunub: 4 544 Rusiya hakimiyyəti Moskvaya əlavə hərbi qüvvə yeridir.

Bolgexeber.com Rusiya KİV-inə istinadən xəbər verir ki, şənbə gününə təyin olunmuş mitinq hakimiyyəti bərk qorxuya salıb. “Şəhərdə gərginliyin səngiməməsi, paytaxtın ayrı-ayrı küçə və prospektlərində insanların bir yerə toplaşaraq hakimiyyətə qarşı şüarlar səsləndirməsi prosesin daha böyük etirazlara doğru irəlilədiyini göstərir” – deyə, informasiya portallarında qeyd olunur.

Son məlumata görə, hakimiyyət bu gecə Moskva ətrafnda əlavə hərbi qüvvə cəmləşdirib. Moskvanın mərkəzi küçələrinə də hərbi texnika yerləşdirildiyi bildirilir. “RBK Daily” yazır ki, şənbə günü Moskva əsasən Daxili Qoşunların Dzerjinski adına diviziyasının nəzarəti altında olacaq. Bundan başqa, situasiyanın daha da gərginləşə biləcəyini nəzərə alınaraq “Çeçen alayı” kimi tanınan hərbi birləşmənin də hazır vəziyyətə gətirildiyi bildirilir