BolgeXeber.Com » Dünya » Suriyada yeni toqquşmalar: 15 ölü

Suriyada yeni toqquşmalar: 15 ölü

10-12-2011, 10:30
Oxunub: 4 727 Dünən axşam saatlarında Suriyada nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında növbəti toqquşma olub.

Bolgexeber.com "Amerikanın Səsi" radiosuna istinadən xəbər verir ki, toqquşmalarda ən azı 15 nəfər həlak olub. Onlardan 4-ü uşaqdır.
"Syrian Observatory for Human Rights" hüquq müdafiə təşkilatının bildirdiyinə görə, 10, 12 və 14 yaşında 3 oğlan uşağı Homs şəhəri ətrafında güllələnib. Ölkənin cənubunda isə 12 yaşlı qız toqquşmaların qurbanı olub.