BolgeXeber.Com » Dünya » Öldürülən müxalifət liderinin qızına 1.1 milyon dollar verildi

Öldürülən müxalifət liderinin qızına 1.1 milyon dollar verildi

5-08-2015, 11:09
Oxunub: 3 042 Öldürülən müxalifət liderinin qızına  1.1 milyon dollar verildiRusiyada öldürülən müxalif siyasətçi Boris Nemtsovun qızı 1.1 milyon dollar mükafat alıb

Bu mükafat ona insan haqlarını və demokratiyanı dəstəklədiyi üçün verilib.

31 yaşlı Janna Nemtsovaya Lex Valesa həmrəylik mükafatını Varşavada təşkil olunan mərasimdə Polşanın prezidenti Bronislav Komorovski və mükafat komitəsinin rəhbəri təqdim edib.

Həmrəylik mükafatı Polşanın xarici işlər naziri təsis edib.

Janna Nemtsova bu ilin fevralında atası Boris Nemtsovun Kreml yaxınlığında öldürlüməsindən sonra ölkəni tərk edib. İndi o Deutsche Welle-nin rus dilli xidmətində çalışır. (“Azadlıq” radiosu)