BolgeXeber.Com » Dünya » Parisdə terror aktları: Ölənlərin sayı 150-ni ötdü-FOTO,VIDEO

Parisdə terror aktları: Ölənlərin sayı 150-ni ötdü-FOTO,VIDEO

14-11-2015, 10:10
Oxunub: 3 677 Parisdə terror aktları: Ölənlərin sayı 150-ni ötdü-FOTO,VIDEOİŞİD Fransa dövlətinin mərkəzinə zərbə endirdi

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

Noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub.

Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.

Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.

Paris meriyasının məlumatına görə, terror aktları qurbanlarının 100-ü “Bataklan” teatrında, 40 nəfər isə paytaxtın müxtəlif bölgələrində öldürülüb.

Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Fransa ordusunun 1,6 min hərbçisi Parisə yeridilib, əmliyyat keçirilir, yaralıların evakuasiyası davam edir.
Bolgexeber.com