BolgeXeber.Com » Dünya » Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

25-01-2025, 16:57
Oxunub: 5 144
Rusiyanın Xabarovsk diyarında havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq ətrafdakı ağaclıq əraziyə daxil olub.
Bolgə.TV xəbər verir ki, qəza keçirən təyyarənin görüntülərini "Mash" "Telegram" kanalı dərc edib.
Qeyd olunur ki, Nelkan-Xabarovsk reysi ilə uçan təyyarənin göyərtəsində 20 sərnişin və dörd ekipaj üzvü olub. Hadisə nəticəsində təyyarəyə zərər dəysə də, heç kim xəsarət almayıb