BolgeXeber.Com » Dünya » İki erməni hərbçi öldü

İki erməni hərbçi öldü

28-08-2023, 13:00
Oxunub: 2 880
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.

Bolgə.TV xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, avqustun 27-də hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparıldığını bildirib.