BolgeXeber.Com » Dünya » Meksikanın mərkəzində yanacaqdaşıyan maşın aşıb, ölənlər var

Meksikanın mərkəzində yanacaqdaşıyan maşın aşıb, ölənlər var

29-08-2023, 09:18
Oxunub: 2 744
Meksikanın mərkəzində, Sumpanqo bələdiyyəsi yaxınlığında avtomobil yolunda yanacaqdaşıyan maşının aşması və partlaması nəticəsində azı 8 nəfər ölüb.

Bolgə.TV xəbər verir ki, bu barədə "Excelsior" qəzeti məlumat yayıb.

Yük maşını partlayan zaman yolun hərəkət hissəsində olan minik avtomobilində sərnişinlərin hamısı ölüb.

Polis araşdırma aparır.