BolgeXeber.Com » Dünya » Rusiyanın bu günə olan itkiləri açıqlandı

Rusiyanın bu günə olan itkiləri açıqlandı

10-04-2024, 12:54
Oxunub: 1 304
Ukrayna müharibənin 777-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bolgə.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 450 080 hərbçi, 7 132 ədəd tank, 13 667 ədəd zirehli döyüş maşını, 11 404 ədəd artilleriya sistemi, 1 040 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 753 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 248 ədəd avtomobil texnikası, 9 070 ədəd PUA, 2 067 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 876 xüsusi avadanlıq itirib.