BolgeXeber.Com » Dünya » Fransada naməlum şəxslər məscidi atəşə tutublar

Fransada naməlum şəxslər məscidi atəşə tutublar

9-04-2024, 17:12
Oxunub: 1 472
Fransanın şimalındakı Şerburq şəhərində naməlum şəxslər məscidi atəşə tutub

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanın fasadında güllə izləri, məscidin ətrafında isə bir neçə mərmi gilizləri aşkar ediblər. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hücum edənlərin hansı silahdan atəş açdıqları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Naməlum hücumçular müsəlmanların Ramazan orucunun bitməsi və Ramazan bayramının qeyd olunması ərəfəsində hücuma keçiblər. Polis məscid ətrafında təhlükəsizliyi gücləndirib.
Qeyd olunur ki, bu, ilk belə hal deyil. 2023-cü ilin noyabrında müsəlmanlara qarşı təhdid mesajları həmin məscidin hasarına sprey boya ilə vurulmuşdu.