Krım körpüsü yenidən partladıldı
3-06-2025, 17:14
Oxunub: 2 112
Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayış həyata keçirib.
Bolgə.tv xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumata görə, UTX agentləri iyunun 3-nə keçən gecə Krım körpüsünün dayaqlarını minalayıb və ilk partlayıcı qurğunu işə salıblar.
“Körpünün dayaqları ciddi zədələnib. Partlayış 1100 kq trotil ekvivalentində həyata keçirilib. Körpü qəzalı vəziyyətdədir”, - məlumatda bildirilib.