BolgeXeber.Com » Gündəm » "Azərsu" prezidenti və Ağdamın icra başçısından İlham Əliyevə ŞİKAYƏT...

"Azərsu" prezidenti və Ağdamın icra başçısından İlham Əliyevə ŞİKAYƏT...

13-12-2016, 10:20
Oxunub: 20 224 "Azərsu" prezidenti və Ağdamın icra başçısından İlham Əliyevə ŞİKAYƏT..."Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun özbaşınalığı hələ də davam edir"

Bolgexeber.com bildirir ki,moderator.az-a aşağıdakı məzmunda şikayət məktubu gəlib. Məktubu olduğu kimi təqdim etməklə bərabər qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik:

"Ağdam Su kanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun özbaşınalığı hələ də davam edir. Ağdamda məcburi köçkünləri qışda susuz qoymaqda davam edir. Dəfələrlə yerli və yuxarı qurumlara şikayət edilsə də heç bir nəticə əldə edilməmişdir. Bir neçə məcburi köçkünlərlə söhbət zamanı məlum oldu ki, Vüqar Qəhrəmanov dəfələrlə vurğulayıb ki, bu vəzifəyə gəlmək üçün 40.000 manat pul verib-20.000 manat rayon rəhbərliyinə, 20.000 manat isə öz rəhbərliyinə. Düzü əvvəlcə deyilənlərə inanmadıq, amma həmin məmurun ali təhsilli olmadığını və iddialara görə orta təhsil diplomunun da saxta olduğunu eşitdikdə heç nəyə şübhəmiz qalmadı.

Harınlamış məmur haqqında eşitdiklərimiz bizi şok etdi. İçki düşkünü olan bu məmur hətta məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin birində (Quzanlı 689) özünə eyş-işrətlə məşğul olmaq üçün ev də tutub, Bakıdan gətirdiyi xanımı orada saxlayır. Köçkünlərin məmurun bu əxlaqsız hərəkətləri barədə Azərsu ASC-yə, Dövlət Qaçqınkomunun yerli nümayəndəliyinə dəfələrlə etdikləri yazılı və şifahi müraciətləri cavabsız qalmaqda davam edir və barəsində heç bir tədbir görülmür.

Əlac qalıb cənab prezidentimizə ki, öz işçisi barədə tədbir görə bilməyən rəhbər şəxslər - "Azərsu"yun rəhbəri Qorxmaz Hüseynov və Ağdam rayon İcra hakimyətinin başçısı Raqub Məmmədov haqqında cənab prezidentimiz özü tədbir görsün. Biz məcburi köçkünlər buna inanırıq və tezliklə tədbir görülməsini səbrsizliklə gözləyirik.

İmza:

Sadıqov Şakir- Ağdam rayon Üçoğlan kəndi

Rzayev Akif-Ağdam rayon Sarıcalı kəndi

Hətəmov Ədalət- Ağdam rayon Üçoğlan kəndi