BolgeXeber.Com » Ölkə » Bakıda qızının ölüm xəbərini alan ata qurulan yas çadırında toy etdi - VİDEO
Bakıda qızının ölüm xəbərini alan ata qurulan yas çadırında toy etdi - VİDEO
14-01-2020, 14:04
Oxunub: 4 009
Əsl adı əvvəllər Anar olan, sonradan dəyişdirilərək Orxan qoyulan 33 yaşı gənc "Bizimləsən"də acı taleyi ilə bağlı tükürpədici açıqlamalar edib.
Bolgexeber.com Milli.Az-a istinadən xəbər verir ki, Orxan verilişə doğma anasını axtarmaq üçün çıxıb.
O, illər öncə atasının qayınatasına zəng edərək qızının (Orxanın anasının) öldüyünü, cənazəsini aparmaq üçün evinə çağırdığını bildirib. Bu xəbərdən Gülqızın (Orxanın anası) ata evində hər kəs yeni ailə qurmış gənc qadının ölüm xəbərindən şoka düşüb. Gülqızın cənazəsi ata evinə gətirilməmişdən öncə onun üçün yas çadırı qurulub. Ata qızının ardınca gedəndə Gülqızın sağ olduğunu görüb. Ailə Bakıda yas üçün qurulan çadırda sevinclərindən toy edib. Orxanın anası ilə bağlı digər xatirələri studiyadakıları kövrəldib:
"Yadıma gəlir, mən uşaq vaxtı parnikdə quyuya düşmüşdüm. Anam mənə görə özünü o quyuya atmışdı. Hər halda məni istəməsəydi, özünü ora atmazdı. Zəhmətkeş qadın idi. Evdə semiçka qovurub satırdı. Babamın 3 otağı var idi, ən axırıncı otağı bizə vermişdi. Orada artıq nə olub, nə mübahisə, söz-söhbət olub bilmirəm. Ondan sonra məni gətirib əmim arvadına verdiyi yadımdadır. Ondan sonra anam yox olub. Anamın ad-soyadı Rzayev Gülqız gedir. Bu, ata soyadıdır. Atasının adı Rzadır. Atamın soyadı isə Novruzovdur. Ailə qurandan sonra dəyişib Novruzov olub".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər