Salaam Cinema Baku”nun yerləşdiyi bina “Memarlıq abidələri” siyahısına daxil edilib
3-08-2019, 11:10
Oxunub: 5 500
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.
Bolgexeber.com-un xəbərinə görə, qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.
Qərarla “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə aşağıdakı ünvanlarda yerləşən binalar da daxil edilib:
İbadət evi, S.Rüstəm küçəsi, 10, 1913-cü il;
Məscid, R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsi.
Mədəniyyət Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən və “Malakanların evi” kimi tanınan tarixi bina özəl mülkiyyətdədir. Hazırda binada “Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. “Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər