XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Fidan Hacıyeva direktor təyin olundu

Fidan Hacıyeva direktor təyin olunduBakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub

Bolgexeber.com xəbər verir ki, məktəbin direktor vəzifəsinə opera müğənnisi, xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin olunub.

Qeyd edək ki, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"nin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Xalq artisti" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb.



Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen"i adlandırılır.
Bölmə: Mədəniyyət | 13 sentyabr 2019 16:54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: