Yaşasaydı 75 yaşı olacaqdı: “Kaş ki, mənim atam…”
11-11-2019, 13:31
Oxunub: 9 334
“Kaş ki, mənim atam da burada olsaydı, mən də ona maşın almaq üçün çalışardım. Bu ayın 11-i 75 yaşı olacaqdı”
Lent.az xəbər verir ki, bu sözləri məşhur Türkiyəli aktyor Kamal Sunalın oğlu Əli Sunal qatıldığı “Güldür Güldür” proqramında səsləndirib. O, Özbəkistandan 70 yaşlı atasına maşın almaq üçün işləyib pul qazanmağa gələn bir qadınla uzun söhbətində belə deyib. Əli Sunal, söhbətin sonunda qadının etdiyi fədakarlığa görə, atasını xatırlayaraq hər kəsi duyğulandırıb:
“Kaş ki, mənim atam da sağ olsaydı, mən də ona maşın almaq üçün çalışardım. Yaşasaydı noyabrın 11-də 75 yaşı olacaqdı. Bu alqışlar ona getsin. Üzr istəyirəm xanım, bu cür danışdığınız üçün duyğulandım”.
Xatırladaq ki, təyyarə fobiyası olan məşhur aktyor Kamal Sunal, 3 iyul 2000-ci ildə “Balalayka” filminin çəkilişi üçün Trabzona gedərkən, təyyarə havaya qalxmazdan öncə keçirtidiyi infarkt səbəbilə vəfat edib. 55 yaşında dünyadan köçən aktyor doğum günü ilə bağlı belə deyib:
“Əslində noyabrın 10-da doğulmuşam. Ancaq həmin gün atam ölüb. Atamın öldüyü günü doğum günü kimi qeyd edib sevinə bilmərəm. Doğum günüm noyabrın 11-dir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər