Əsas səhifə > Siyasət > Tramp ABŞ-ın bütün ölkələrdəki səfirlərini geri çağıracaq

Tramp ABŞ-ın bütün ölkələrdəki səfirlərini geri çağıracaq


6-01-2017, 11:29
Tramp ABŞ-ın bütün ölkələrdəki səfirlərini geri çağıracaqABŞ-ın yeni prezidenti Donald Tramp andiçmə mərasimi günü xarici ölkələrə təyin olunmuş bütün səfirləri geri çağıracaq

Bu barədə "New York Times" qəzeti D. Trampın planı ilə tanış olan bir neçə diplomata istinadən məlumat yayıb.

Qəzet yazır ki, D. Tramp bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş göndərib.

D. Trampın keçid komandasının dekabrın 23-də göndərdiyi bildirişdə Obama Administrasiyası dövründə təyin olunmuş bütün səfirlərin istisnasız olaraq yanvarın 20-də geri çağırılacağı deyilir.

D. Tramp artıq Çin və İsrail kimi bəzi ölkələrə kimləri səfir təyin edəcəyini açıqlayıb.

Qeyd edək ki, D. Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutadır. O, 2015-ci ildən bu vəzifəni icra edir.
Geri dön