Əsas səhifə > Xəbərlər > Bakıda biznes mərkəzində atışma olub: Ölən var

Bakıda biznes mərkəzində atışma olub: Ölən var


7-01-2017, 17:16
Bakıda biznes mərkəzində atışma olub: Ölən varQətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalıİraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.

* * *

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

Hadisə binanın 3-cü mərtəbəsində yerləşən “İraq Hava Yolları” aviaşirkətinin ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

Orta yaşlı naməlum şəxs ofisdə işləyən qızın baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön