Əsas səhifə > Siyasət > İlham Əliyev jurnalistlərə müraciət ünvanladı

İlham Əliyev jurnalistlərə müraciət ünvanladı


10-03-2018, 10:43
İlham Əliyev jurnalistlərə müraciət ünvanladıAzərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayı başlayıb

Bolgexeber.com-un xəbərinə görə, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 240-dək nümayəndə iştirak edir.

Qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib. O, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib.

Daha sonra Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.

Qurultay davam edir.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Geri dön