Əsas səhifə > Siyasət > Ərdoğan taksi sürücülərinin səsini almaq üçün “Uber”i qadağan etdi

Ərdoğan taksi sürücülərinin səsini almaq üçün “Uber”i qadağan etdi


2-06-2018, 09:48
Ərdoğan taksi sürücülərinin səsini almaq üçün “Uber”i qadağan etdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bəyan edib ki, “Uber” özəl daşıma sistemi daha ölkədə fəaliyyət göstərməyəcək.

Minval.info xəbər verir ki, Türkiyə lideri bu bəyanatla İstanbulda iftar zamanı çıxış edib. Ərdoğan taksi şirkətlərinə görə bu addımı atdığını bəyan edib:

“Bizim öz şəxsi taksi sistemimiz var, biz özəl taksi sisteminin Türkiyə taksiçilərinin biznesini korlamasına imkan verə bilmərik. “Uber”in biznesi başa çatdı, biz “Uber”lə bağlı özümüz qərar qəbul edəcəyik”.

Qeyd edək ki, “Uber” Türkiyədə bir neçə il əvvəl fəaliyyətə başlayıb. Son günlərdə “Uber” sürücüləri tez-tez hücuma məruz qalıblar. Buna səbəb isə “Uber”in taksi şirkətlərindən qat-qat ucuza xidmət göstərməsidir. Türkiyəyə gələn turistlər “Uber”dən çox itifadə edirlər. Bu da ikiqat qiymət deyib, turistləri aldadan sürücülərə sərf etmir.

Məlum məsələyə görə, Türkiyədə minlərlə taksi sürücüsü narazı idi. Ərdoğanən bu qərarı onların seçkilərdə kimə səs verəcəyini təyin etmiş oldu.
Geri dön