Əsas səhifə > Siyasət > Avropa liderləri Rusiyanın G-7-yə qatılmağının əleyhinədir

Avropa liderləri Rusiyanın G-7-yə qatılmağının əleyhinədir


9-06-2018, 10:08
Avropa liderləri Rusiyanın G-7-yə qatılmağının əleyhinədirKanadada keçirilən G-7 ölkələrinin sammiti ərəfəsində Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Cuzeppe Konte arasında görüş olub.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı ölkə liderləri həmçinin Rusiyanın G-8 formatına qayıdışına toxunublar.



“Avropanın mövqeyi – Rusiya qayıtmamalıdır”, deyə Fransa prezidenti E.Makrona yaxın mənbə liderlərin qərarlarını açıqlayıb. Bununla belə bildirilir ki, dövlət başçıları Moskva ilə dialoq qurma imkanını nəzərdən keçirirlər.



Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı sammitdə görmək istədiyini bəyan edib.
Geri dön