Əsas səhifə > Siyasət > Türkiyə prezidenti yeni nazirlər kabinetinin tərkibini açıqlayıb

Türkiyə prezidenti yeni nazirlər kabinetinin tərkibini açıqlayıb


10-07-2018, 10:04
Türkiyə prezidenti yeni nazirlər kabinetinin tərkibini açıqlayıbTürkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyip Ərdoğan konstitusiyaya edilən dəyişikliklərdən sonra yeni sistemə uyğun olaraq nazirlər kabinetinin tərkibini açıqlayıb

Bundan öncə jurnalistlərin qarşısına keçən prezident aşağıdakıları söyləyib:

"Ölkəmizin tarixində ən vacib demokratik dəyişikliklərdən biri bu gün başa çatıb. Biz idarəetmə sistemini demokratik şəkildə dəyişə biləcək dünyanın azsaylı ölkələrindən biri olduq.

Bir daha seçki nəticələrinin və yeni idarəetmə sistemimizin xeyirli olmasını arzulayıram. Seçkidə öz iradəsini əks etdirən 50 milyondan çox vətəndaşımıza minnətdarlığımı bildirirəm. Şəxsimi prezidentliyə layiq görən 26 milyon 331 min vətəndaşa da təşəkkür edirəm.

15 İyuldan bu yana bizi dəstəkləyən MHP və onun başqanı Devlet Bahçeliye də ayrıca təşəkkür edirəm. MHP ilə Məclisdə ölkəmizin və millətimizin rifahı naminə əməkdaşlıq etməyə davam edəcəyik.

Biz son günlərə qədər yeni idarəetmə sisteminin qurulmasını davam etdirdik. Yeni dövrün ruhuna uyğun olaraq ölkə idarəçiliyinin çərçivəsini qurduq. Bununla bağlı qanun dəyişikliyi Rəsmi qəzetdə yayımlandı. Bu gün biz rəsmən səlahiyyətlərimizin icrasına başladıq.

Nə biz, nə də gələcək prezidentlər icraedici hakimiyyətlə bağlı problemlərlər məsələsində bəhanələri qalmayıb. Millətə verdiyimiz sözləri yerinə yetirmək üçün gecə-gündüz çalışacağıq".

Musavat.com Türkyə mediasına istinadən həmin siyahını təqdim edir.

Prezident müavini: Fuad Oktay


Nazirlər:


Ədliyyə naziri: Abdulhəmit Gül


Xarici işlər Naziri: Mevlüt Çavuşoğlu


Daxili işlər naziri: Süleyman Soylu


Milli Müdafiə naziri:Hulusi Akar


Milli Təhsil Naziri: Ziya Selçuk


Səhiyyə naziri: Fahrettin Koca

Enerji naziri: Fatih Dönmez


Nəqliyyat naziri: Mehmet Cahit Turan


Ekologiya və şəhərsalma üzrə nazir: Murat Kurum


Kənd Təsərrüfatı və Meşə naziri: Bəkir Pakdemirli


Mədəniyyət və Turizm naziri: Mehmeh Ersoy


Gənclər və idman naziri: Mehmet Kasapoğlu


Əmək və sosial təminat naziri: Zehra Zümrüt Selçuk


Xəzinədarlıq və maliyyə naziri: Berat Albayrak


Ticarət naziri: Ruhsar Pekcan

Sənaye və texnologiya naziri: Mustafa Varank
Geri dön