BolgeXeber.Com » Ölkə » Mayda yağış, qar, dolu iqlimə uyğundur? - Rəsmi

Mayda yağış, qar, dolu iqlimə uyğundur? - Rəsmi

8-05-2024, 12:11
Oxunub: 496
Hazırda ölkə ərazisində havanın temperaturu iqlim norması daxilindədir.

Bu sözləri Bolgə.TV-yə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
G.Məmmədova bildirib ki, may ayı hava şəraitinin dəyişkən dövrü kimi xarakterizə olunur:
“Əvvəlki illərə baxsaq görərik ki, bəzi illərdə may ayında havanın temperaturu isti olsa da, bəzi illərdə çox soyuq olub. Bu ayda dağlıq ərazilərdə qarın yağması, güclü küləkli hava və leysan xarakterli yağışlar da müşahidə edilib. Bakı və Abşeron yarımadasında ən soyuq may ayı 2002-ci ildə olub. Həmin il havanın ən yüksək temperaturu 16-18 dərəcə qeydə alınıb”.
O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti iqlim normasına yaxın, bəzi günlərdə isə iqlim normasından 1-2 dərəcə aşağıdır.