Əsas səhifə > Ölkə > Bakıda ata azyaşlı hamilə qızının başını kəsdirib? - POLİSDƏN AÇIQLAMA

Bakıda ata azyaşlı hamilə qızının başını kəsdirib? - POLİSDƏN AÇIQLAMA


8-11-2019, 15:55
Bakıda ata azyaşlı hamilə qızının başını kəsdirib? - POLİSDƏN AÇIQLAMABakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.

İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.
Geri dön