Əsas səhifə > Şou-Biznes > Tanınmış idmançı Füzuli Musayev Ayanla evlilik xəbərindən danışdı-Video

Tanınmış idmançı Füzuli Musayev Ayanla evlilik xəbərindən danışdı-Video


20-11-2013, 17:05
Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev müğənni Ayan Babakişiyeva ilə gizli ailə həyatı qurması haqda yayılan xəbərlərə münasibət bildirib.


Bolgexeber.com xəbər verir ki, Füzuli Musayev virtualaz.org saytına açıqlama verərək mətbuatda haqqında belə məlumatların yayılmasına çox təəssüləndiyini bildirib: “Bunu yazanlar boş-boş işlərlə məşğuldur. Mən ailəli adamam. Bunları yazmağa nə ehtiyac var? Çox təəssüflənirəm ki, mətbuatda belə yalan məlumatlara yer verilir”.

F.Musayev bu xəbəri həm də özünə qarşı kiminsə qərəzli mövqeyi kimi qiymətləndirib: “Bizi istəyənlər də var, istəməyənlər də. Görünür, kimsə bizi istəmir və qərəzli şəkildə belə məlumatlar yayır. Bu iddianı yazanlar ən azından onu dəqiqləşdirə bilərdilər”.

Qeyd edək ki, müğənni Ayan ATV-nin "Onlar" verilişinə ailə qurması barədə açıqlama verib. Həmin açıqlamasında bildirib ki, artıq ailəli olması ilə bağlı suallardan yorulub və evli bir qadın olduğunu etiraf edib. O, kiminlə evləndiyini açıqlamasa da, "Qafqazinfo" saytı müğənninin hələ bir neçə ildir ki, bərabər olduğu şəxsin adını açıqlayıb. Belə ki, Ayanın evləndiyi şəxs məşhur idmançı, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevdir. Onlar bir neçə ildir ki, ailəlidirlər. Onu da əlavə edək ki, bu gün həmçinin müğənni Ayan da saytla əlaqə saxlayaraq Füzuli Musayevin adının həmin xəbərdən çıxarılmasını istəyib.
Bolgexeber.com



Geri dön