Komitə sədri: Aşura günü qançıxarma, başyarma kimi hərəkətlər..”
7-09-2019, 12:33
Oxunub: 7 610
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə Məhərrəm ayı ilə bağlı monitorinqlər həyata keçirir.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı bildirib ki, monitorinqlərə əsasən məscidlərdə Məhərrəm ayı bağlı keçirilən mərasimlər Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır: “Monitorinqin əsas məqsədi odur ki, bu mərasimlərin fətvaya uyğun keçirilib-keçirilmədiyi, hər hansı qanun pozuntusunun olub-olmadığı yoxlanılır. Bütün bu məlumatları toplayırıq və birgə müzakirə edirik. Əgər hər hansı məsciddə fətvadan kənaraçıxma halları və yaxud qanun pozuntusu olarsa, bununla bağlı müvafiq tədbirlər görülür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar olunmasın. Hələ ki elə bir ciddi qanun pozuntusu aşkar etməmişik, fətvaya uyğun şəkildə mərasimlər keçirilir”.
Komitə sədri vurğulayıb ki, əsas mərasim Aşura günü olan mərasimdir: “Həmin gün Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eyni zamanda ayrı-ayrı dini konfessiyaların nümayəndələri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qanvermə aksiyasında iştirak edəcək. Mən də həmin qanvermə aksiyasında iştirak edəcəyəm. Aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qançıxarma, başyarma, zəncirvurma kimi hərəkətlərə yol verilir. Bu hərəkətlər dinimizdə də bəyənilmir. Ona görə bunun əvəzinə qanvermə aksiyaları keçirilir".
M.Qurbanlı əlavə edib ki, eyni zamanda respublika üzrə qanvermə keçiriləcək yerlərin siyahısı artıq elan edilib: “Səhiyyə Nazirliyi bununla bağlı müvafiq göstərişlər verib, qruplar ayrılıb. Həmin aksiyalarda vətəndaşlarımızın iştirak etməsi olduqca əhəmiyyətlidir.
Əminəm ki, qan verənlərin sayı kifayət qədər yüksək olacaq. Ötən il 5000-dən çox vətəndaş qanvermə aksiyasında iştirak edib. Bunun müsbət tərəfi hamıya məlumdur, çünki qana ehtiyacı olan xəstələr var. Verilən qanlar tibbi nöqteyi-nəzərdən yoxlanıldıqdan sonra Qan Bankına daxil edilir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər