Deputat: “Maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram, BNA ölmüş şəxsə də cərimə yazır”
30-09-2019, 17:12
Oxunub: 7 590
“Mən özüm partiya sədriyəm, qərargahın qarşısında maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram. Şəhərdə parklanma yerləri yoxdur, amma gəlib hamını cərimələyirlər”
Bolgexeber.com “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib. Deputatın sözlərinə görə, həmin adamların məqsədi odur ki, daha çox cərimə yazıb ondan faiz tutsunlar: “Cərimələrlə bunların maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyiriksə, eybi yox, qoy, dövlət bir az ziyana düşsün, amma bunların əməkhaqqını artıraq. Cərimələri yazmaqla nə qədər insanda narazılıq yaradırlar. Parklanma yeri yoxdur, amma gəlib hamını cərimələyirlər. Ötən dəfə də demişdim ki, bir nəfər ölmüş vətəndaşın vəsiqəsi əllərinə düşmüşdü, ona da cərimə yazmışdılar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər