BolgeXeber.Com » Müsahibə-Reportaj » Bəhram Çələbi: “Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar”

Bəhram Çələbi: “Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar”

26-04-2013, 09:55
Oxunub: 19 443 “Rövşən Lənkəranski Ded Xasanın sağ əli olub”

Yazıçı Bəhram Çələbinin müsahibəsi

- Sizi “Avtoritet” qəzetindən tanıdıq. İxtisasınız başqa olsa da kriminal dünyadan, qanuni oğrulardan yazırsınız.

- AZİ-də (Neft Akademiyasında) təhsil almışam. Daha sonra institutun fizika kafedrasında bir müddət Sumqayıtda konstruktor işləyəndən sonra 1980-ci ildən 1996-cı ilə qədər Şəkidə şahmat məktəbinin direktoru vəzifəsində çalışdım. O vaxt idman mövzusunda məqalələr, şeirlər, hekayələr yazırdım. “Avtoritet” qəzetinin ilk nömrələri çap olunan vaxt İlqar Əlfiyə məhbəs həyatına aid iki hekayə göstərdim. Oxuyub bəyəndi və məni işə götürdü.
1998-ci ildə Bəxtiyar rəhmətə gedən ərəfədə ajiotaj yaranmışdı. Hamı Bəxtiyar haqqında danışırdı. “Avtoritet” qəzeti Bəxtiyarın hesabına açıldı. “Avtoritet”i “Bu gün” qəzetinin təsisçiləri İsmayılov qardaşları yaratmışdı. Qəzet yeni nəşr olunanda 16 min tirajla çıxırdı. Redaksiyaya gəlib qəzetin köhnə saylarını alanlar olurdu. Elə adamlar tanıyıram ki, qəzetin hər sa çalışdım. Jurnalist olmaq istəsəm də atam icazə vermədi, dedi, mühəndis olmalısan. Bayını toplayıb saxlayırdı. “Avtoritet” çox populyar idi, o vaxt üçün yaxşı satılırdı. Həftədə iki dəfə çap olunurdu. 1998-ci ildən 2003-cü ilə qədər çap olundu.

- “Qanuni oğrular”dan kimlər haqda kitab yazmısınız?

- Diktator Ağakərim, Zolotoy Mujik, Lotu Bəxtiyar, Lotu Hikmət, Dağlı Cavanşir, TT Nəriman, Zina Passajskaya haqda kitablarım çap olunub. “Lotular, avtoritetlər və…” kitabını da qeyd edə bilərəm.

- Avtoritetlər onlar haqda kitab yazılmasının tərəfdarı deyillər. Siz bu kitabları onlar öləndən sonra, ya yaşayan zaman yazmısınız?

- 2002-ci ildə Bakıda Sabirabadlı Hikmətin qardaşının restoranında onunla görüşdüm. “Avtoritet” qəzetini çap etməyimiz onun xoşuna gəlmişdi. Hikmətə dedim ki, haqqında kitab yazmaq istəyirəm. O da qulağını dartdı ki, öləndən sonra yazarsan. Bəli, sağ olarkən onların haqlarında kitab yazılmasını istəmirlər.

- Hikmətdən başqa daha hansı avtoritetlə görüşmüsünüz?

- TT Nərimanla tez-tez görüşərdim. Ölənə yaxın danışa bilmirdi. Onunla o qədər ünsiyyətdə olmuşdum ki, dodaqlarının tərpənməyindən nə demək istədiyini hiss edirdim. Nəriman yazırdı, mən onun yazdıqlarını bədiiləşdirirdim. Əlyazmaları saxlamışam.

- Qanuni oğrular haqda yazarkən kimlərdən məlumat alırsınız?

- Məsələn, Bəxtiyar haqda kitab yazanda mütəmadi olaraq anası ilə danışırdım. Türmədə kimlərlə oturub-durub, onları tapıb söhbətləşdim. Mən “Sovetski”də yaşamışam, məhəllə uşaqlarından məlumat alırdım. Bəxtiyar haqda çox eşitmişdim. Çox adam elə bilir ki, Bəxtiyar ehtiyac üçün oğurluq edib. Onun pula, oğurluğa ehtiyacı olmayıb, çünki o vaxt Bakıda iki yanacaq doldurma məntəqəsindən birinin sahibi Bəxtiyarın atası olub. Təsəvvür edin ki, Bəxtiyar 9 yaşında “Volqa” sürüb. İlk dəfə həbs olunanda 6 il iş alıb. 1992-93-cü illərdə Bəxtiyarın 4 çörək sexi var idi. O, həbs olunandan sonra 1994-cü ildə Bayıl türməsini onun çörək sexləri təmin edirdi. Onun dəfni də izdihamlı keçdi. TT Nəriman dedi ki, Bəxtiyar rəhmətə gedib, dəfninə getmək istəyirsən? Razılıq verib, dəfndə iştirak etdim.

- Onun dəfni izdihamlı keçmişdi. Dəfnə əcnəbi avtoritetlər gəlmişdi?

- Biz o vaxt xarici avtoritetləri tanımırdıq. Qəzetlərin yazdığına görə əcnəbi avtoritetlər dəfndə iştirak etmişdi. Dəfndə Bəxtiyarın vəkilliyini etmiş şəxslər, jurnalistlər çıxış etdilər. Hə, dəfn izdihamlı keçmişdi. Dəfndə 10 mindən çox adam var idi. Heç vaxt onu tərifləməmişəm. Sadəcə yazıb göstərmişəm ki, nəticəni insanlar çıxarsın. Anası onun haqqında danışanda gözlərindən gilə-gilə yaş tökülərdi. Bəxtiyar hansı türmədə oturubsa, anası zənbil-zənbil yüklə oğlunun yanına gedib. Moskva ətrafındakı Vladimir türməsi SSRİ-də ən dəhşətli türmələrdən olub, Bəxtiyar orda da yatıb. Orda qiyam qaldırıblar, qiyamdan sonra Bəxtiyara işgəncə veriblər, sümüklərini sındırıblar. Anası görüşə gedib onu elə görəndə qara saçları bir günün içində ağarıb. Yazdığım kitabda bir ananın keçirdiyi dəhşətləri göstərmişəm. İkinci dəfə tutulanda atasının ürəyi partlayıb.

- Bunlarla bərabər insanların marağı onlara qarşı azalmır.

- Kimin ki qohum-qardaşı türmədədir, o şəraiti görüblər inanmıram onlar bu həyata maraq göstərsin. Ancaq Bəxtiyarın etdiyi yaxşılıqları da danmaq olmaz. O, öləndə cavan uşaqlardan böyüklərə kimi hamı ağlayırdı. Bəxtiyar bütün məhəlləyə yardım edirdi. Novxanılı Əliqardaş var, onun haqqında material toplayıb kitab yazıram. Əliqardaşın oğlu deyir ki, atam türmədən çıxanda Bəxtiyar atama “Jiquli” bağışladı. Qızılbarmaq Fatma danışırdı ki, övladına ehsan verə bilməyən şəhid valideynlərinə gizlicə pul göndərirmiş.

- Bəzən həbsxanalarda oğruların olmağını yaxşı hal hesab edirlər.

- Dustaqlar deyir ki, oğrular olanda türmədə qayda-qanun yaranır. Şuşa türməsi haqda “Lotu söhbəti” adlı kitab yazıram. Orda dustaqlara verilən işgəncələrdən bəhs edəcəyəm. Dustaqlar özləri danışıblar ki, Şuşa türməsində onlara necə dəhşətli işgəncələr verilib. Elə vaxt olub ki, dustaqları səhərdən axşama kimi şlanqla döyüblər. “Avtoritet” qəzetində bu haqda yazılar gedəndə həmin türmənin rəisi özü də etiraf etmişdi ki, dustaqlara olmazın işgəncələr vermişik. Türmə dağılandan sonra qorxub gizlənmişdi ki, işgəncə verdirdiyi dustaqlar onu öldürə bilər. Müharibə başlayanda Şuşa türməsində az dustaq qalmışdı. Onların əksəriyyətini 1991-ci ildə Bakıdakı kolonlara gətirmişdilər. 1992-ci ildə Daxili İşlər Naziri İsgəndər Həmidov və Ziya Bünyadov kolonlara gedib dustaqların qarşısında çıxış ediblər ki, kim vətən uğrunda vuruşmaq istəsə biz onu azad edəcəyik. 800 nəfər dustaq bir gündə ön cəbhəyə gedib. Bu ideyanın da sahibi Ziya Bünyadov olub. Bu məsələ haqqında İsgəndər Həmidov məhkəməsində də çıxış edib.

- Lotu adı almaq üçün hansı şərtlər lazımdır?

- Lotu adı almaq istəyən pioner, komsomol olmamalı, əsgər getməməli idi. Uşaqlıqdan uşaq kolonundan oğru yolunu keçməliydi. Türmədə növbətçi olmamalı, yer süpürməməli idilər. Həmişə kolon rəhbərliyinə qarşı müqavimət göstərilməli idi ki, kolonda qayda-qanun olsun. Dağlı Cavanşir uşaq kolonunda olub, hətta qiyamda da iştirak edib. Elə adamlar olub ki, ona oğru adı vermək istəyiblər, imtina edib. Hazırda material topladığım Novxanılı Əliqardaşa da oğru adı vermək istəsələr də, imtina edib. Oğru gərək silah daşımasın, hər şeyi dili ilə həll etsin. Problemləri düzgün, ədalətli həll etsin.

- Onlar geyimlərində daha çox qara rəngə üstünlük verirlər.

- Mən də şəkillər var ki, Bəxtiyar qırmızı qalstuk taxıb, ağ kostyum geyib. Onlarda qırmızı rəng polisə nifrəti bildirir. Onlar həmişə 3 şeydən – ət yeməyi, qadın, bir də paltar sarıdan əziyyət çəkiblər. Ona görə də azadlıqda bu üç şərtdən gen-bol istifadə edirlər (gülür). Krasavçik Ağakərim danışırdı ki, Sanka Zver elə paltarlar geyinirdi ki, onun yanında kolon rəisi kölgədə qalırdı. Masazırlı Dilavər ən yaxşı kostyumları geyinib. Yalnız Cavanşir geyiminə fikir verməyib.

- Avtoritetlərin narkotik maddələrdən istifadə etməsi halları var?

- Hikmət heç siqaret çəkməyib. Bəxtiyar bir az məşğul olub. O da dediyim kimi Vladimir türməsində ölümcül döyüldüyü üçün ağrıkəsici kimi morfin vurublar. Sonradan morfinə öyrəşib . TT Nəriman deyirdi ki, 1965–ci ilə qədər türmələrdə ancaq marixuana, bir də anaşa olub. Son illər Bəxtiyar da tərgitmişdi, namaz qılırdı. 1 saylı kolonda məscid tikdirmişdi. Dostu Söhbət öləndən sonra təzədən başladı. Bəxtiyar Söhbəti çox istəyirdi, ona cinayət aləminin imamı deyirdi. Bəxtiyarı morqda yaran həkimi tapdım. O dedi ki, qaraciyəri tamam çürümüşdü. Cavanşir narkotikaya nifrət edib. Ömrümün sonuna kimi Yasamalda narkomanlara qarşı mübarizə aparıb. Dörd polis bölməsinin edə bilmədiyini Cavanşir etmişdi, Yasamalda narkomaniyanın kökünü kəsmişdi.

- Bir çox mətbuat orqanları qanuni oğrularının adlarını dəyişib dilimizə uyğun verirlər. Bu düzgündürmü?

- (gülür) Onlara verilən adlar heç vaxt dəyişilə, tərcümə oluna bilməz. Rus dilindəki adı dilimizə tərcümə etsək kim başa düşəcək ki, söhbət kimdən gedir? Kremlə qala demək olarmı?!

- Əcnəbi avtoritetlər haqda kitab yazmaq niyyətiniz var?

- Ded Xasan öldürüləndən sonra onun haqqında yazmağa başladım, bu yaxınlarda kitab çap olunacaq. Kitabda Rövşən Lənkəranski haqqında da məlumat vermişəm. Ded Xasan Rövşənin anadangəlmə qanuni oğru olduğunu deyib. Rövşən Ded Xasanın sağ əli olub. Sonra Ded Xasan gördü ki, Rövşən onun nüfuz dairəsinə girmək istəyir, aralarında narazılıq yarandı. Rövşən də onun düşməni Tariyel Onianinin dəstəsinə keçdi. Oniyani də Ded Xasanla düşmən idi. Hətta Rövşəndən oğru adını almaq istəyirdilər. İndi Rusiyada Onianinidən sonra Rövşən ikinci adam kimi tanınır.

- Kitabların satışı, maliyyə tərəfləri sizi qane edir?

- İsmayılov qardaşları birinci dəfə Bəxtiyar haqda kitabımı çap etdilər. ANS-də reklamı da gedirdi. 20 min nüsxə ancaq Bakıda satılmışdı. 30 min də Rusiyanın bazarlarında satıldı. Bəxtiyar haqda kitab Surqut şəhərinə kimi gedib çıxdı. O vaxt ən populyar kitab oldu. Evim elə dustaq kamerasına oxşayır. Adi jurnalist həyatıdır da yaşayıram. Evdəki kompüterim də köhnədir, yazılarımı Qanun nəşriyyatının kompüterlərində yazıram. Hikməti yazanda 4000 min manat pul almışdım. Bəxtiyarın da kitabına görə yaxşı pul almışdım.

kulis.az