BolgeXeber.Com » Xəbərlər » QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTO

QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTO

6-12-2019, 17:18
Oxunub: 1 894 QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTOAzərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında olduğu kimi Quba rayonunda da ağacəkmə aksiyası keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, keçirilən tədbir zamanı Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov və şöbənin bütün şəxsi heyəti iştirak ediblər.

Tədbirin əvvəlində polis əməkdaşları tərəfindən ərazi təmizlənib, əkin üçün lazım olan quyular qazılıb. Daha sonra polislər rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan şam ağacları əkiblər. Aksiya çərçivəsində RPŞ-nin şəxsi heyəti ümumilikdə 150 ağac əkərək, onlara aqrotexniki qaydada qulluq göstəriblər.

Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülüb, həmçinin ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTO
QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTO
QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTO
QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTO
QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTO
QUBADA POLİSLƏR AĞAC ƏKDİLƏR-FOTO