BolgeXeber.Com » Xəbərlər » Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM

9-12-2019, 16:52
Oxunub: 2 097 Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAMPrezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Bolgexeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda deyilir:

"Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri".