XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Xoşbəxt Yusifzadənin “elektriçka” əhvalatı: “Bəxtiyar sağ olsaydı, deyəcəkdi, evi qaytar” - VİDEO

Xoşbəxt Yusifzadənin “elektriçka” əhvalatı: “Bəxtiyar sağ olsaydı, deyəcəkdi, evi qaytar” - VİDEOGörkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə həyatı ilə bağlı maraqlı əhvalat danışıb.

Həmin əhvalatı təqdim edirik:

“Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdə idi. Heç gedib-gəlmək olmurdu. Gördüm, bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım.

Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya “elektriçka” çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, “elektriçka” çəkdirə bilmərəm, amma sənə ev verərəm.

İndi o gün cənab İlham Əliyev Pirşağıya “elektriçka” ilə gəldi. Mən gördüm bu “elektriçka”nı, ay Xoşbəxt, 60 ildən sonra sənin “elektriçka”n gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi, evi qaytar. “Elektriçka” gəldi, evi neyləyirsən?”

Bölmə: Siyasət | 15 yanvar 2020 15:08





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: