XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Xatirə Novxanı yolundan şikayətçidir - “Evimizə gedə bilmirik”+Video

Xatirə Novxanı yolundan şikayətçidir - “Evimizə gedə bilmirik”+VideoMüğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yolların bərbad hala düşməsindən şikayətçidir.

“Qafqazinfo” xəbər verir ki, yolların dağılması səbəbindən evinə gedə bilmədiyini deyən ifaçı 7 aydır bu problemlə üz-üzə qaldıqlarını bildirib. O, sakinlərin adından Binəqədi rayon İcra Hakimiyyəti başçısına müraciət edib:

“Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik, Binəqədi rayon İcra Hakimiyyəti başçısı bu işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Bunu qazdıran insan yenidən bağlamalı idi. Vəziyyət çox pisdir. Hər gün maşınlar sürüşüb bir-birinə dəyir. İnsanlar ziyan çəkir”.

Qeyd edək ki, Xatirə öz avtomobili ilə də elə çəkiliş zamanı yoldan keçmək istəyərkən digər maşınları əzib. Müğənni dəyən ziyanı ödəyəcəyinə söz verib.

Bölmə: Sosial | 13 yanvar 2020 10:13





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: