XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Barselona”nın baş məşqçisi dəyişdi

“Barselona”nın baş məşqçisi dəyişdiİspaniyanın "Barselona” klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib.

Bolgexeber.com-un APA-ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi çalışdırıcısı Ernesto Valverde ilə vidalaşıb.

Onun əvəzinə artıq yeni baş məşqçi də təsdiqlənib. "Barselona” 61 yaşlı Kike Setyenə həvalə olunub. "Betis”in sabiq çalışdırıcısı ilə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Bu gün onun rəsmi təqdimatı olacaq.

Qeyd edək ki, 2017-ci ildən "Barselona”nın "sükanı arxası”nda olan Valverde komandanı 163 rəsmi matça çıxarıb. O, bunlardan 108-də (66 faiz) qələbə qazanıb, 35-də heç-heçə (22) edib və 20-də (12) məğlub olub.

"Barselona” La Liqada 19 turdan sonra 40 xalla birinci pillədədir.
Bölmə: İdman | 14 yanvar 2020 12:19





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: