BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda maşın qiymətinə it satılır – VİDEO

Bakıda maşın qiymətinə it satılır – VİDEO

15-03-2017, 09:28
Oxunub: 5 588 Bakıda maşın qiymətinə it satılır – VİDEOBakıda maşın qiymətinə it satılır. Nə az, nə çox, cütü 15 min manata. 1 yaş 2 aylıq olan itlərin doğum haqqında şəhadətnamələri və pasportları da var

Bolgexeber.com XezerXeber.az-a istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan Telman Şükürov bir cüt Tibet Mastifi cinsindən olan it satır. Qiyməti isə nə az, nə çox, düz 15 min manata.

İtlərin pasportu və doğum haqqında şəhadətnamələri də var. Erkəyin adı Balasenqe, dişininki isə Andamadır.
Həmin yarışlarda əldə olunan mükafatlar da sənədlər arasında yer alır. Telman Şükürov deyir ki, itləri 1 il əvvəl Bakıda cütünü 5 min manata satın alıb. Heyvanlar Rusiyadan gətirilib.

Heyvanların sahibi bildirir ki, bu itləri satdıqdan sonra başqalarını satın alıb bəsləyəcək.