Bu il dünyada 75 KİV əməkdaşı öldürülüb
14-12-2019, 11:29
Oxunub: 4 266
2019-cu ilin başlanğıcından dünyanın 26 ölkəsində 75 KİV əməkdaşı öldürülüb.
Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə "Press Emblem Campaign" qeyri-hökumət təşkilatının illik məruzəsində deyilir.
Vurğulanır ki, bu, əvvəlki illə müqayisədə azdır. 2018-ci ilin analoji dövründə dünyada 113 nəfər qətlə yetirilib. Təşkilat bununla yanaşı qeyd edib ki, 2019-cu ildə xeyli jurnalist yaralanıb, həbs edilib, təhdidlərə və hücumlara məruz qalıb.
Bu il həlak olan jurnalistlərin sayı üzrə siyahıda birinci üç yerdə Meksika (bu ölkədə 13 KİV əməkdaşı həlak olub), Əfqanıstan (8 jurnalist) və Pakistan (8 nəfər) qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Suriyanın (6 media mənsubu), Hondurasın (5 nəfər) və Filippinin (4 nəfər) adları qeyd edilib. Jurnalistlərin həlak olduqları ölkələrin arasında həmçinin Ukraynanın, Böyük Britaniyanın, Hindistanın, Braziliyanın, Haitinin, İndoneziyanın və başqa ölkələrin adları var.
Təşkilatın məlumatına görə, son 10 il ərzində dünyada ümumilikdə 1174 KİV işçisi qətlə yetirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər