Mağazadan kitab oğurlayan səfir istefa verdi, müalicəyə başladı
23-12-2019, 12:24
Oxunub: 3 829
Kitab mağazasından Kazanovanın bioqrafiyasını oğurlamağa çalışan Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Resio Beserra səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.
“RİA Novosti” xəbər verir ki, bu sözləri Meksikanın Xarici İşlər naziri Marselo Ebrard deyib.
“Rikardo Valero böyük şəxsiyyətdir, onu nevroloji müalicə gözləyir. Tezliklə sağalmasını arzulayıram”, - Meksikanın XİN rəhbəri bildirib.
Məlumata görə, səfirin 2012-ci ildə keçirdiyi beyin əməliyyatından sonra səhhətində problemlər müşahidə oluna bilərdi. Diplomatın həkiminin sözlərinə görə, bu halda onun beyninin quruluşunda və fəaliyyətində dəyişikliklərin olub-olmaması müəyyən edilməlidir.
Xatırladaq ki, Beserra 2019-cu ilin martında səfir təyin edilmişdi. 76 yaşlı səfir dekabrda kitab mağazasından dəyəri 10 dollardan aşağı olan kitabı oğurlamaq istəyərkən saxlanılıb. Hadisənin mətbuatda işıqlandırılmasından sonra səfir geri çağırılıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər