BolgeXeber.Com » Dünya » Somalidə qan su yerinə axdı: 90 ölü

Somalidə qan su yerinə axdı: 90 ölü

28-12-2019, 13:51
Oxunub: 3 395 Somalidə qan su yerinə axdı: 90 ölüSomalinin paytaxtı Moqadişoda həyata keçirilən terror zamanı dörd xarici vətəndaş da daxil olmaqla 90-dan çox adam həyatını itirib.

Qaynarinfo xəbər verir ki, zərərçəkənlər arasında 73 mülki şəxs, 17 polis əməkdaşı var.

Məlumata görə, bomba yüklü bir avtomobil bu günü səhər bir nəzarət-buraxılış məntəqəsində partladılıb.

Hələ ki heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.