BolgeXeber.Com » Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)

Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)

12-10-2015, 16:02
Oxunub: 2 402 Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)"Filmin adının ingilis dilində olması isə savadsız çobanın dünyaya inteqrasiya etməsinə işarədir"

"My name is İntiqam” filmilə böyük rezonans yaradan yumor ustası, aktyor Müşfiq Şahverdiyev müsahibə verib. Müsahibədə aktyor "My name is İntiqam-2” filmlərinin çəkilişlərindən maraqlı məsələlərə toxundu.

Bolgexeber.com Müşviq Şahverdiyevin BAKU.WS-ə verdiyi müsahibəni təqdim edir:

- Müşfiq Şahverdiyev ilk illər inana bilərdinizmi bu qədər populyarlaşacaqsız?

- Mən sənətə ilk olaraq Lənkəran Dövlət Dram Teatrında başlamışam və 2 il orada işləmişəm. Amma paytaxtda tanınmaq mənə xəyal kimi gəlirdi. Şükürlər olsun ki, buna nail oldum.

- "My name is İntiqam” – bu adda film çəkmək ideyası haradan yarandı?

- Bu ideya çoxdan vardı. Sovet vaxtından sonra kinolar çoxdan yoxa çıxmışdı. Sonradan maraqlı filmlərimiz oldu, lakin həmin filmlərin dövründə kinoteatrlar olmadığı üçün qazanc da olmadı. İndi kinoteatrlar da artır. Bu da bizdə kommersiya filmi çəkməyə həvəs yaratdı. Türk filmləri Azərbaycan kinoteatrlarında göstərilir və marağa səbəb olur. Biz də istədik ki, milli filmimizi çəkək və "partladaq”. Ssenari Fariz Əliyev, Ənvər Abbasov və Famid Ağayevindir.

Filmin çəkilişi üçün hər şey hazır idi və yalnız maliyyə problemləri yaranmışdı. Pul tapa bilmirdik. Moskvadan dostlarımız köməklik etdi və yerli şirkətlərin dəstəyilə filmi çəkdik. Film ekranlara çıxandan sonra gözlənilməz nəticələr əldə etdik. Heç ağlıma da gəlməzdi ki, bu qədər uğur qazanaq. İnamazdım ki, minlərlə insan kinoteatra gəlib filmə baxacaq. Filmdən də şükürlər olsun ki, yaxşı pul gəldi. Bu pulla çəkilən xərc ödənildi. Həmişə məni fikir götürmüşdü ki, filmdən sonra borca düşməyim. Film internetdə yayıldıqdan sonra izlənmə rekordu qırdı, filmə 3 milyon baxış olub.

- Necə oldu ki, "My name is İntiqam” filmi uğur qazandı?

- Filmin uğurlu ssenarisi vardı. Ssenarini oxuyanda bilirdin ki, bunu yaxşı çəksən "partlayacaq”. Filmin uğurlu komandası vardı. Komandadakı insanları şəxsən mən özüm seçmişəm. Allah mənə həmin hissi verib. İnsana baxanda ilk baxışdan necə iş görəcəyini hiss edə bilirəm. Hər şeyə şəxsən özüm nəzarət edirdim. Kinoteatra film verilənə qədər özüm iştirak etmişəm. Filmdə uğurlu ssenari, uğurlu aktyor, uğurlu rəssam, montaj işi və s. əla idi.

Cavan çobandır. Boş vaxtında oxuyub. Rəqs edib. Nənəsi də onun rəqsini çəkib. Sonradan həmin videonu YouTube saytına qoyublar. Həmin video dünyada izlənmə rekordu qırıb. Onu 13 milyon insan izləyib. Filmin adının ingilis dilində olması isə savadsız çobanın dünyaya inteqrasiya etməsinə işarədir. "My name is İntiqam” deməklə, tək azərbaycanlıları deyil, hamıya səslənməkdir. Video "YouTube”də izləmə rekordu qırandan sonra, hansısa şirkət İntiqama 100 min pul mükafat vermək istəyir. Bunu bəzi dələduzlar eşidir və İntiqamı aldatmaq istəyirlər. Amma pul İntiqama qismət olur. Filmin davamı olaraq "My name is İntiqam-2”də qəhrəman qazanılan pulu götürür və gedir Moldavaya. Orada merliyə namizədliyini verir.

- Birinci film "partladı”. İkinci film də belə maraqla qarşılanacaqmı?

- "My name is İntiqam-2” birinci filmdən fərqlənir. Birinci filmi Emil Abdullayev çəkib. Biz müəyyən səbəblərə görə onunla işimizi dayandırdıq. İkinci filmin rejissoru İlham Yaşaroğludur. Tamaşaçılar da çəkilişlərdə fərqlər görəcəklər. Bilmirəm tamaşaçılar Emili bəyənəcək, yoxsa İlhamı. Amma filmdə fərqlilik mütləq hiss olunacaq. Filmə baxmışam və həddən artıq bəyənmişəm. İnanıram ki, tamaşaçılar da bəyənəcək.

- Hər iki filmə baxmısız. Tamaşaçı olaraq hansı filmdə aktyor Müşfiq Şahverdiyevin qüsürlarını görürsüz?

- Təbii ki, birinci filmdə. Ona görə ki, birinci filmdə həm prodüsser idim. Həm də rol almışdım. Çəkiliş üçün lazım olan avadanlıqların alınması, lazımı yerlərə pul verilməsi və s. üstəgəl roldakı sözləri əzbərlə. O zaman mənim üstümə böyük yük düşmüşdü. Mən özümü birinci filmdə bir neçə obrazın kölgəsində gizlətdim. Amma ikinci filmdə bütün üstünlik İntiqam obrazındadır. Çünki bu dəfə bəzi işləri başqalarına tapşırdım.


Çəkilişlər zamanı ən maraqlı, yadda qalan anlardan danışın...

- "My name is İntiqam-2” filmində ən maraqlı yeri müəyyən hissədə tamaşaçının tüklərini tərpədəcək qədər dramatik janra keçib. Bir neçə dəqiqədən sonra yenidən komediyaya dönüb. Çəkilişlər zamanı isə ən maraqlı anlar Moldova aktyorları ilə olan hissələridir. Onlarla bir-birimizi başa düşə bilmirdik. İvan Makkaro adlı aktyorla debatımız var. Deyişmədə onun teksindən heç nə anlamıram. Mənim də danışığımı o başa düşmürdü. Gülməli anlar olurdu. Üstümüzdə o qədər göz vardı ki, hər an nəsə baş verirdi.

Komandanın bəzi üzvləri kafedə oturmuşdular. Biz ora çatanda gördük ki, aktyorlar oturduğu yerdə yekə bir ağac onların stollarının üstünə aşıb. Əzilən olmasa da, yamanca dilxorçuluq olmuşdu. Hovuz səhnəsində səs rejissoru yıxıldı. Ayağı kəsildi. Təyyarə ilə gedəndə eniş zamanı problem yarandı. Təyyarənin təkəri açılmamışdı. Biz az qorxmuşduq. Gələndə də təyyarənni qanadı yellənirdi.

-Deyirsiz birinci filmdə İntiqamın rolu kölgədə qalıb. Ikinci hissədə isə o fəğan edir. Bəlkə o vaxt İntiqam kasıb çoban idi. Özünü yaxşı göstərə bilmirdi. Varlanandan sonra dağıtmağa başladı?

- Hə (gülür.) Düzdür. Əslində bunu belə dəmək daha yaxşı olar. Tamaşaçılar da, kasıb çobanın varlı mer kimi görünməsini maraqla qarşılayacaq.

- Gənc aktyorların çoxu Müşfiq Şahverdiyevi özünə rəqib görür. Bəs sizin üçün kimlər rəqibdir?

- Aktyor kimi özümə çox güvənirəm. Yaratdığım obrazlarda heç kimdən geri qalmıram. Mən özümə rəqib görmürəm və heç kimdən çəkinmirəm. Film sahəsində isə elə bir şirkət yaradacağam ki, məndən qabaqda gedən olmayacaq. Kommersiya filmləri sahəsində məndən yaxşı kino istehsal edən olmayacaq. Elə şərait yaradacağam ki, heç kim mənlə rəqabət yarada bilməsin.

- İntiqam obrazı varlandı və beynəlxalq sferaya çıxdı. Bəs aktyor Müşfiq necə, beynəlxalq arenaya çıxmağa çalışırmı?

- "My name is İntiqam-2” Azərbaycandan başqa 7 ölkədə kinotreatrlarda yayımlanacaq. Almaniya, Qazaxıstan, Türkmənistan, Rusiya, Maldova, Türkiyədə göstəriləcək.


- İntiqam qoyunlarla söhbət edir. Bəs Müşfiq Şahverdiyev necə, qoyunlarla söhbət edirmi?

- Bəs necə ... (gülür) Qoyunun ətini yeyəndə, yunundan istifadə edəndə yaxşıdır, onunla danışanda olmaz? O əslində başıxarab adam deyil. Sadəcə boş vaxtını səmərəli keçirtmək üçün mırtlaşır. Həyatda da belə şeylər olur. Bir də, elə insan var ki, qoyundan betərdi. Onunla danışmaqdansa qoyunla danışmaq yaxşıdır.

- "My name is İntiqam-2” filmindən sonra başqa kino çəkməyi planlaşdırırsızmı?

- Noyabr ayının axırında yenidən film üzərində çalışacağıq. Gələn ayın mart ayından isə çəkilişlərə başlayacağıq. "My name is İntiqam-3” deyil. Adını çəkmirəm, çünki indi oğruların sayı çoxdur. İdeyanı oğurlayarlar.

- Həmin oğruları biz də tanıyırıq?

- (Ucadan gülür) Bu sahədə olan oğrular üzdədir və onları hamı tanıyır. Allah qoysa gələn mövsüm tam başqa mövzuda film olacaq.

- Son vaxtlardır toy şənliklərdə görünmürsüz. Səbəbi nədir?

- Mən bir ildən çoxdur ki, toylara getmirəm. Artıq bu işlə məşğul oluram. "My name is İntiqam” filmindən sonra ehtiyaclarımı ödəyə bildim. Toy əslində mənim işim deyildi. Xoşum gəlmir toyda "bəh-bəh-bəh, eşq olsun bəylə-gəlinə” deməkdən. Amma pulun gücünə deyirdim. Amma indi əvvəllər toyda aldığım puldan bir neçə dəfə çox məbləğdə təklif olunur, amma getmirəm.

- Tez-tez toylarda "quş buraxan” tamadaların döyülmə səhnələrini canlandırırsız. Elə olubmu ki, toyda həqiqətən sizi döyələr?

- Mən toylarda "quş buraxan” tamada olmamışam (gülür) və ona görə də döyülməmişəm. Elə tamadalar olub və şəxsən görmüşəm. Onları canlandırmışam, bir az da şişirtmişəm.
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)
Müşfiq Şahverdiyev: “Pul çobanı merə çevirə bilər” (FOTO)