BolgeXeber.Com » İlk dəfə səs verəcək gənclər seçicinin hüquq və vəzifələri barədə məlumatlandırılıblar -Tərtərdə
İlk dəfə səs verəcək gənclər seçicinin hüquq və vəzifələri barədə məlumatlandırılıblar -Tərtərdə
17-10-2015, 15:55
Oxunub: 3 660
Oktyabırın 16-da “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionun gənc seçicisi” layihəsi çərçivəsində Tərtər şəhər Gənclər Mərkəzində maarifləndirmə tədbiri təşkil etmişdir
Tərtər Rayon ictimaiyyətinin nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən tədbirdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin idarə heyətinin üzvü Zahid Əkbərov çıxış edərək, layihə haqqında məlumat vermiş, bildirmişdir ki, layihənin keçirilməsində əsas məqsəd gənc seçicilərin, xüsusilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsi, onların seçki prosesinə marağının artırılmasına, seçkidə daha fəal iştirak etmələrinə nail olmaqdır.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov çıxış edərək seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələrindən danışıb, gəncləri noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa çağırmışdır.
Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar paylanmışdır.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər