SOS: “xeyriyyəçi” fırıldaqçılar artıb
25-11-2015, 11:12
Oxunub: 2 462
“Sığınacaqdan çıxan uşaq və qadınlardan, əlillərdən, eləcə də imkansız ailələrin adından istifadə edərək xeyriyyə aksiyaları, yardım kampaniyaları keçirən fırıldaqçıların sayı artıb”
Bunu virtualaz.org saytına Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata fırıldaqçı“xeyriyyəçi”lərlə bağlı şikayət və məlumatlar daxil olub: “Onlardan bir neçəsinin adları məlumdur. Təəssüf ki, imkansızların adından belə fırıldaqlarla məşğul olanların əksəriyyəti qadınlardır. Onlar sosial şəbəkədə səhifələr yaradaraq əlillərin şəkillərini paylaşırlar. Lakin ünvan, bank hesabları göstərilmir. Yardım edənlərlə də birbaşa özləri görüşürlər. Sığınacaqdan çıxan qadınlardan da öz məqsədləri üçün istifadə edirlər”.
K.Ağazadə yardım etmək istəyənlərə də xəbərdarlıq edib: “Toplanan yardımların ünvana çatıb-çatmadığını araşdırsınlar. Yaradılan səhifələrdə göstərilən uşaqların hansı ünvanda yaşadığını öyrənsinlər. Bundan əlavə, belə insanlara qarşı ictimai qınaq formalaşmalıdır”.
Təşkilat rəhbəri məsələ ilə bağlı araşdırma aparıldığını da dedi: “Müxtəlif vasitələrlə tanınmış şəxslərə də müraciət edirlər. Belə insanlara qarşı ciddi tədbirlər görülməlidir”.
Qeyd edək ki, son vaxtlar internetdə, xüsusilə də sosial şəbəkələrdə ələlxüsus da dini səhifələr yaradılaraq əlillərə, kimsəsizlərə yardım istənilir.
Məsələn, “İslama doğru xeyriyyə fondu” adlı səhifədə yardımları hətta “Azercell” və “Bakcell” konturları vasitəsilə də edilə biləcəyi göstərilir.
Azərbaycan Uşaqlar Birliyi məsələ ilə bağlı bəyanat yayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər