BolgeXeber.Com » Qazaxda uşaq bağçalarında ürəkağrıdan mənzərə - Körpə əllər üşüyür

Qazaxda uşaq bağçalarında ürəkağrıdan mənzərə - Körpə əllər üşüyür

8-12-2015, 10:14
Oxunub: 2 527 Qazaxda uşaq bağçalarında ürəkağrıdan mənzərə - Körpə əllər üşüyürHeç kim də həlli vacib olan bu işlə qorxusundan maraqlanmır və Qazax RİH başçısının keçirdiyi iclaslarda söz salmır ki, birdən başçının qəzəbinə tuş gələr

Dildə-ağızda “Uşaqlar bizim gələcəyimizdir” söyləyənlər heç də səhv etməyiblər. Lakin bu cümələni yalnız şüar kimi qəbul edənlər də az deyil. Belə ki, uşaqlara və körpələrə qayğı göstərilməyəndə, onların arzuları ilə maraqlanılmayanda və uşaq bağcalarında haqqı tapdanan da , istər-istəməz suyu başdan bulandıranlara təəssüf hissi ilə yanaşmaya bilmirsən.

DİA.AZ xəbər verir ki, son günlər havanın kəskin soyuduğu dekabr ayında Qazax şəhərində fəaliyyət göstərən uşaq bağçaları-körpələr evindəki acınacaqlı vəziyyəti görmək dediklərimizin təsdq edir. Burada uşaqların və körpələrin tərbiyəsi ilə məşğul olan 6 bağçadan yalnız 1-i müasir dövrün tələblərinə cavab verir. O da ötən il yeni üslubda tililərək istifadəyə verilib. Qalanları isə köhnəliyin qalığı kimi canlanır. Hər il külli miqdarda bağçalara ayrılan vəsaitdən bağçada təkcə bir adda yeməyin adı məlumdur: “Sup”. Nahaq yerə demirlər ki, soyuq havada istilik yeməkdən vacıbdir. Çox təəssüflər olsun ki, uşaqlar buna da həsrətdir. Tərbiyəçilər uşaqları saxlıadığı sinfi hələ də salyaka ilə qızdırırlar. Sobada yanan “salyarka”nın hisi, qoxusu və qarası biçarə körpələrin inkişafına ciddi ziyan vurur. Ona görə də, burada uşaqların və körpələrin hər cür xəstəliyə tutlmasına sanki qəsdən şərait yaradılır. Gündə çox az normada istifadə edilən yanacaqdan sinif qızsa da yaxşıdır. Məsələ burasıdır ki, otaqda 14-15 dərəcə istilik olur. Bu da hələ həyata qədəm qoymayan uşaqların bəri başdan daxili üzvlərinin zədələnməsinə gətirib çıxarır.

Haqlı narazılığa səbəb olan məsələ ilə əlaqədar bağça müdirələri ilə söhbət zamanı məlum oldu ki, bağçada qazdan istifadə etməyə fövqaladə hallar nazirliyindən icazə yoxdur. Qəribədir, necə yəni, uşaqlar qırılmalıdırmı?

Sən demə, vəziyyət elə də deyilmiş. Nazirlik bağçalarda qazdan istifadə üçün Qazax RİH-dən texniki şərt tələb edib. Onu da vermək ya müşgülə düşüb, ya da sadəcə məşğul olanlar yoxdur. Fərz edək nazirlik tələb edir. Yəni, onu işləmək eləmi çətindir? Necə olur ki, aidiyyəti məmur özünün tikdirdiyi villasına texniki şərt ala bilir, lakin bağçaya ala bilmir?

Bu proses də neçə illərdi ki, beləcə davam edir. Heç kim də həlli vacib olan bu işlə qorxusundan maraqlanmır və Qazax RİH başçısının keçirdiyi iclaslarda söz salmır ki, birdən başçının qəzəbinə tuş gələr. Daha düşünmürlər ki, gələcəyimizi bilə-bilə məhv edirik. Amma yenə dediyimiz kimi, əgər “Uşaqlar bizim gələcəyimizdir” adlı ya seminar, ya da böyük tədbirlər keçirilsə, gəl indi rayondakı məmurların ağızdolusu danışıqlarına baxın. Görün yatanda yuxumuza girməyən, bərbəzəkli sözlər şeirlə, poema ilə neçə ifadə olunur?

Odur ki, hər şey zamanında həll olsa peşimançılığımız da olmaz. Axı, uşaqlar kimin günahı ucundan əziyyət çəkdiklərini, birdən- birə nə üçün xəstələndiklərini haradan bilsinlər? Bəlkə onlar qanmayır, bəs digərləri?

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com